Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölməzlik qazanan şəxsiyyət

10.03.2023

Martın 10-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" ilə əlaqədar "Ölməzlik qazanan şəxsiyyət" adlı tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbi həkim Cavid Zeynalovun atası  Vaqif Zeynalov və Mirimli kənd ümumi orta məktəbinin kollektivi iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndərin əvəzsiz xidmətlərindən, ordu quruculuğundan, həmçinin mərkəzin fəaliyyəti və "Heydər Əliyev ili" çərçivəsində həyata keçirələcək layihələrdən bəhs edib. Daha sonra Vaqif Zeynalov mövzu ilə bağlı fikirlərini ifadə edib və tədbirin təşkilatçılığına görə mərkəzin əməkdaşlarına minnətdarlığını bildirib.

Yekunda iştirakçılar mərkəzdə təşkil olunan sərgilər, mövcud olan eksponatlarla tanış olub və şagirdlərdən bir neçəsi mərkəzin "Xatirə kitabı"na ürək sözlərini yazıb.