Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məişət zorakılığına qarşı mübarizə

29.06.2022

İyunun 29-da Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsinin birgə təşkilatçılığı ilə Masallı şəhər Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbində ”Azərbaycan Pespublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Fəalliyyət Planı”na əsasən “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarında keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Mehriban Əzizova, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, muzeyin əməkdaşı Dilguşə Məmmədova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsinin müdiri Elvin Hüseynli mövzu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat veriblər.

Yekunda yeniyetmə qızların sualları cavablandırlıb.