Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur

16.11.2022

Noyabrın 16-da Masallı Tarix-Diyarşünaslıq muzeyində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 iliyinə həsr olunmuş “Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur” mövzusunda tədbir keçirilib.

YAP Masallı rayon təşkilatı və Masallı Tarix- Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə YAP-nın veteran və gənc fəal xanımlarının iştirakı ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiq sükutla yad olunub. Sonra muzeyin Direktoru Əntiqə Tağıyeva mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın yaranmasının 30 illiyi münasibəti ilə bütün tədbir iştirakçıları təbrik edərək Azərbaycan xanımlarının yurdun , vətənin, müdafiəsi , dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda apardıqları mübarizə , hünər, həmçinin vətənpərvərlik nümunələri ilə bəşər salnaməsində yaratdıqları qadın obrazından geniş danışıb.

Sonra Şəhid anası Mehriban Sultanzadə, veteran xanım Göyçək Ələsgərova ,Nazilə Hüseynova, Lətifə Qənbərzadə ,Məhbubə Şahbazova və gənc xanım Dilarə Mürşüdova çıxış edərək bu gün Azərbaycanın inkişadında əldə edilən nəaliyyətlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında qadın əməyinin olası ilə qürur hissi keçirdiklərini xüsusi vurğulayıblar. Həmçinin çıxışlarda başda şəhid anaları olmaqla xanımlara göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlıq bildirilib.