Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc xanım, gələcəyin anası-cəmiyyətin yararlı vətəndaşıdır

19.11.2022

Noyabrın 19-da Masallı Tarix -Diyarşünaslıq Muzeyinin, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı ilə insan alverinə qarşı və erkən nikahla mübarizəyə həsr olunmuş “Gənc xanım, gələcəyin anası-cəmiyyətin yararlı vətəndaşıdır” mövzusunda tədbir keçirilib.

Muzeydə baş tutan tədbirdə təşkilatçı müəssisənin və ictimai birliyin əməkdaşları, Masallı şəhər 7 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra muzeyin direktoru Əntiqə Tağıyeva, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyin nümayəndəsi Fidan Abbaslı insan alveri və erkən nikahın törətdiyi fəsadlardan, o cümlədən buna şərait yaradan amillərdən danışıblar.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.