Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir

23.11.2022

Noyabrın 23-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 28 saylı Şərəfə kənd kitabxanasının və Şərəfə kənd Folklor evinin birgə təşkilatçılığı ilə 25 noyabr-Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günününə həsr olunmuş “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra şərəfə kənd kitabxanasının əməkdaşı Fəridə Musayeva “Qadın varsa həyat var” mövzusunda məruzə ilə çıxış edib.

Yekunda Şərəfə kəndində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidə kompleksi” ziyarət edilib.