Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qadın zorakılığına qarşı mübarizə

25.11.2022

Noyabrın 25 -də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə “25 noyabr-Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününün yaranma səbəbindən və ictimai diqqətin bu problemə yönəldilməsinin vacibliyindən danışıb.

Sonra Qalereyanın direktor vəzifəsini müvəqqəti icra edən Təhmasib Məcidov zorakılığın müasir cəmiyyətdəki müxtəlif formaları və bu qlobal məsələnin daha çox qurbanı olan qadınlara göstərə biləcəyimiz dəstəkdən danışıb.

Yekunda iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi apararaq mövcud problemlərin həlli üçün istifadə oluna biləcək çıxış yollarını müzakirə ediblər.