Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”8 Mart Beynəlxalq Qadınlar Günüdür” başlıqlı sərgi

07.03.2023

Martın 7-də Yardımlı rayon Mərkəzi Kitabxanasında 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi təşkil olunub.

“8 mart-Beynəlxalq Qadınlar Günüdür” başlıqlı sərgiyə şəhər 1 saylı tam orta məktəbin şagirdləri baxış keçirib.

MKS-in Uşaq şöbəsinin müdiri Eldəniz Heydərov şagirdləri sərgi ilə tanış edərək vurğuayıb ki, bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 mart-Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.

Sonra şagirdlərdən Atlas Ataşlı, Zülfiyyə Bağırzadə, Mədinə Mustafalı, Zeynəb Rzalının ifasında  Bəxtiyar Vahabzadənin, Süleyman Rüstəminin və başqa şairlərimizin  “Ana” haqqında yazdığı şeirlər səsləndirilib.