Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 Mart

07.03.2023

Martın 7-də Masallı Dövlət Rəsm Qalereyasında Beynəlxalq Qadınlar Günü  münasibətilə “8 Mart” adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət nümayəndələri, gənc və yeniyetmə xanımlar, həmçinin dərnək üzvləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov başda şəhid  anaları, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan qadınlarını 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və qadınların cəmiyyətdəki rolundan danışıb.

Sonra muzeyin əməkdaşları Dilgüşə Məmmədova və Lalə Nəzərova mövzu ilə bağlı çıxış edərək, balaca rəssamlara uğurlar arzulayıblar. Daha sonra qalereyanın dərnək üzvlərinin əl işlərindən ibarət “8 mart” başlıqlı sərgiyə baxış keçirilib.

Yekunda yeniyetmə və gənc rəssamlara Masallı Dövlət Rəsm Qalereyasının “Təşəkkürnamə”ləri təqdim olunub.