Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitabxanaya sərf olunan ömür

07.03.2023

Martın 7-də Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rahim Səfərovla 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov bildirib ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini vermişdir. Çağdaş kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində, Ulu Öndərin birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulmuşdur. Ulu Öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin ölkədə kitabxana işinə qayğısından danışmamaq mümkün deyil. Hörmətli Prezidentimizin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynadı. Sonra yubilyarı təbrik edən idarə rəisi ona möhkəm can sağlığı və xoşbəxtlik arzulayıb.

Yekunda Rahim Səfərov mədəniyyət sahəsindəki xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Masallı Regional Mədəniyyət İdarəsinin “Fəxri Fərman”ı ilə təltif olunub.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü Səfərov Rahim Yəhya oğlu 1981-ci ildə Yardımlı rayon MKS-də əmək fəaliyyətinə başlayıb, 2010-cu ildən isə Yardımlı rayon Mərkəzlərdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsində çalışır. Martın 6-da 65 yaşı tamam olduğundan Rahim Səfərovun əmək müqaviləsinə xitam verilib.