Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəmiyyətdə insanlığa ziyan verən hər hala qarşı mübarizə

06.03.2023

Martın 6-da Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planına əsasən “Cəmiyyətdə insanlığa ziyan verən hər hala qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

 Muzeydə keçirilən tədbirdə Bəxtiyar Şiriyev adına Mollaoba kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov, muzeyin  əməkdaşı Heyran Lələyeva və Mollaoba kənd orta məktəbinin direktoru, şəhid bacısı Dilşad Məhərrəmova mövzu ilə bağlı şagirdlərə geniş məlumat verib.

Yekunda şagirdlər qalereya və muzeyə ekskursiya edərək regionun tarixi, mədəniyyət nümunələri, Zəfər tarixi haqqında eksponatlar və tanınmış şəxsiyyətlərin rəsm tabloları ilə tanış olublar.