Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Heydər Əliyev ili” ilə əlaqədar şeir gecəsi keçirilib.

04.03.2023

Martın 4-də  “Heydər Əliyev ili” ilə əlaqədar Tüklə kənd sənətkarlıq klubunun təşkilatçılığı ilə klubda şeir gecəsi keçirilib.

Tədbirdə Miyankü, Şatıroba, Hişkədərə, Tüklə, Mahmudavar və Türkoba kənd tam orta məktəblərinin şagirdləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Tüklə kənd sənətkarlıq klubunun əməkdaşı Səyavuş Feyruzoğlu ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş seirlər səslənidirilib. Müəllimlərdən ibarət 4 nəfər münsifin iştirak etdiyi şeir gecəsində Mahmudavar məktəbinin 5-ci sinif şagirdləri Mələk Eyvazova, Səmayə Abbasova, Tüklə kənd məktəbinin 9-cü sinif şagirdi Sidiqə Cabbarova, 8-ci sinif şagirdi Səma Cabbarova, Ləman Əmirova, Şatıroba kənd məktəbinin 3-cü sinif şagirdi Aylin Abbasova qalib seçilib.

Yekunda Şatıroba kənd tam orta məktəbinin direktoru Tural Nuriyev, Tüklə kənd tam orta məktəbinin direktoru Hakim Qurbanov çıxış edərək qaliblərə müvəffəqiyyətlər arzulayıblar.