Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsinin öyrənilməsi

06.03.2023

Martın 6-da Masallı rayon Mərkəzi Kitabxanasında Rayon İcra Hakimiyyətinin təşəbbüsü, mərkəzi kitabxananın və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti tədbir keçirilib. 

Tədbirdə Bəxtiyar Şiriyev adına Mollaoba kənd tam orta məktəbinin 9,10 və 11-ci sinif şagirdləri iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Mollaoba kənd orta məktəbinin direktoru Dilşad Məhərrəmova bildirib ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı,bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyi dövründə vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Elə bu baxımdan da hər bir məktəbli Ulu Öndərin irsini öyrənməyə borcludur.

Tədbirin gedişində məktəblilər kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgi və fonddan istifadə qaydaları ilə tanış olublar.