Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncliyin himayədarı

03.03.2023

Martın 3-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" ilə əlaqədar “Gəncliyin himayədarı” mövzusunda tədbir keçirilib. 

Tədbirdə M.A.İmanov adına Ostayr kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Ulu Öndərin hakimiyyətinin hər iki dövrü gənclərimizin savadlı, elmli, vətənpərvər biri olaraq yetişmələri üçün əvəzsiz xidmətlərlə yadda qalıb. Sonra iştirakçılara "Heydər Əliyev ili" ilə bağlı mərkəz tərəfindən həyata keçiriləcək layihələr barədə məlumat verilib.

Yekunda iştirakçılar mərkəzdə olan sərgilər və eksponatlarla tanış olublar.