Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şərəfli qadın ömrü

03.03.2023

Martın 3-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində muzeydə “Şərəfli qadın ömrü” mövzusunda tədbir keçirilib.

Tədbirdə şəhid anaları və fəal qadınlar iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbir iştirakçılarını qarşıdan gələn "8 mart-Beynəlxalq Qadınlar Günü" münasibəti ilə təbrik edərək, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduğu yüksək mövqedən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınlarının səslərinin dünyanın hər yerindən gəlməsindən danışıb. S. Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.

Sonra muzeyin direktoru Əntiqə Tağıyeva şəhid anası Günay Seyfullayeva, fəal qadınlardan Göyçək Ələsgərova, Dilarə Hüseynova, Lətifə Qənbərzadə, Nazilə Hüseynova, Mənijə Yəhyayeva, Nailə Əsədullayeva, Fəridə Ağayeva, Natəvan Əliyeva və başqaları çıxış edərək ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.