Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc idmançıların Masallı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası

03.03.2023

Martın 3-də Gənclər və İdman İdarəsinin dəstəyi ilə rayonun gənc idmançıları Masallı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edib.

Ekskursiya zamanı gənc idmançılar muzeydə “İdman həftəsi” başlıqlı altında təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgi önündə gəncləri muzeyin direktoru Əntiqə Tağıyeva və Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov salamlayaraq “5 mart Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə onları təbrik edib, eləcə də bu tarixi günün əhəmiyyəti barədə gənclərə geniş məlumat verilib.

Sonra gənclər muzey və qalereyada regionun tarixini, adət-ənənələrini, sənətkarlıq nümunələrini, həmçinin Zəfər tarixini özündə əks etdirən eksponatlar və rəsm əsərləri ilə tanış olublar.