Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclərin Cəlilabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası

03.03.2023

2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar martın 3-də gənclərin Cəlilabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı mərkəzin əməkdaşları tərəfindən ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxşaxəli xidmətləri özündə əks etdirən eksponatlar, şəkillər, kitablar haqqında gənclərə geniş məlumat verilib.

Sonra iştirakçılar mərkəzin sərgi otağında təşkil olunmuş “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının qurucusudur!” başlıqlı guşəni ziyarət edib.

Yekunda gənclərə “Heydər Əliyev və mədəniyyət” mövzusunda mühazirə oxunub.