Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlara qarşı zorakılığa yox deyək!

03.03.2023

Martın 3-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Rafiq Əlihəsənov adına şəhər 1 saylı tam orta məktəbində “Uşaqlara qarşı zorakılığa yox deyək!” mövzusunda tədbir keçirilib.

Tədbirdə kitabxananın əməkdaşı Lətafət Əlirzayeva çıxış edərək uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün cəmiyyətin kütləvi səfərbər olunmasının vacibliyini vurğulayıb. O,qeyd edib ki, uşaqlara qarşı zorakılıq halları cəmiyyət tərəfindən hər zaman mənfi qarşılanır. Lakin bu bəla hələ də mövcuddur. Məhz buna görə də dövlətimiz tərəfindən uşaq hüquqlarının qorunması istiqamətində gərəkli addımlar atılır.

Sonra kitabxananın digər əməkdaşı Aygül Mirzəzadə məruzə ilə çıxış edərək tədbirin maarifləmdirmə baxımından böyük önəm daşıdığını bildirib.