Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsinin öyrənilməsi

03.03.2023

Martın 3-də Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, mərkəzi kitabxananın və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə Əlvan Bağırov adına Ərkivan qəsəbə tam orta məktəbinin X-XI sinif şagirdləri iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi gələcək nəsillərin kamil vətəndaş və şəxsiyyət kimi formalaşmasında böyük rol oynayacaqdır.

Sonra kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgilərlə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub.

Yekunda məktəblilər kitabxana fonduna yeni daxil olan kitablara abunə yazılıblar.