Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir

03.03.2023

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı layihəyə başlanılıb. Martın 3-də sözügedən layihə çərçivəsində Masallı şəhər S. Tağıyev adına 4 saylı tam orta məktəbdə tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin və Türkiyədə baş vermiş zəlzələdə həyatlarını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi uzaqgörən siyasətindən bəhs edib. Mühazirədə qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn dahi lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdi. Daha sonra G. Vəkilzadə Ümummilli Liderin təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıb.

“Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir”  mövzusunda oxunan mühazirə məktəbin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlər və müəllim kollektivi faydalı, həmçinin maraqlı mühazirəyə görə Masallı rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.