Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır

02.03.2023

Martın 2-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev ili” çərçivəsində “Milli mədəniyyətimiz Heydər Əliyevin ideyalarından güc alır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

Sonra mərkəzi kitabxananın direktor əvəzi Zamin Məmmədov, Masallı Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov, Şərəfə kənd Folklor Evinin direktoru Dürdanə Hüseynova, Banbaşı kənd kitabxanasının əməkdaşı Əsmər Əliyeva çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər.