Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İdman həftəsi” başlığı altında sərgi

01.03.2023

Martın 1-də  Masallı Tarix- Diyarşünaslıq Muzeyində “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar “İdman həftəsi” başlığı altında sərgi təşkil edilib.  

Sərgidə muzey fondunda qorunan 1960-1990-cı illərdə idmanın müxtəlif növlərində respublika eləcə də rayon yarışlarında fərqlənən məktəbli və gənclərin aldığı diplomlar, medallar, nişanlar, şəhidlik zirvəsinə yüksələn idmançılara məxsus əşyalar, həmçinin rayonumuzun son illərdəki idman nailiyyətlərini əks etdirən məlumatlar nümayiş olunub.

 Sərgi martın 5-dək davam edəcək