Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilib

28.02.2023

Fevralın 28-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilən nikah mərasimində rayon sakinləri, Fuad Qasımov və Könül Qasımova ailə həyatı qurmaq barədə nikah aktına imza atıblar.

Ailə həyatı quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, dahi şəxsiyyətin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Nikah mərasimində çıxış edən Cəlilabad Qeydiyyat Şöbəsinin aparıcı mütəxəssisi Əsmər Mirzəyeva yeni ailə quran gəncləri təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

Gənclər onların nikah mərasiminin Ulu Öndərin adını daşıyan mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, bu günün onların həyatında ən xoşbəxt gün, ən yadda qalan hadisə olduğunu bildiriblər.