Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət

01.03.2023

Martın 1-də Masallı rayon Mərkəzi Kitabxanasında Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və kitabxananın birgə təşkilatçılığı ilə ulu öndər  Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar “Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət" adlı tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov ümummilli lider Heydər Əliyevin müstəqilliyin qorunub möhkəmləndirilməsi və dövlət quruculuğu istiqamətində müstəsna xidmətlərindən danışıb.

YAP Masallı rayon təşkilatının sədr müavini İlkin Əzizov, məsləhətçi Cəlal Əliyev çıxış edərək vurğulayıblar ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu, xilaskar dövlət başçısı, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Ulu öndər Heydər Əliyevin mənalı və ibrətamiz həyatı, fövqəladə siyasi bacarığı bundan sonra da yetişən siyasətçilər nəsli üçün əsl məktəb, həmçinin nümunədir.

Sonra Banbaşı kənd kitabxana filialının müdiri Əsmər Əliyeva və mərkəzi kitabxananın əməkdaşı Günay Xəlilova mövzu ilə bağlı məruzə ediblər.