Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahilər unudulmur

28.02.2023

Fevralın 28-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" ilə əlaqədar növbəti tədbir keçirilib.

Tədbirdə Şəfəqli kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndərin gənclərimizə göstərdiyi diqqət və qayğıdan söz açıb. Z.Məmmədzadə həmçinin dünya liderlərinin həsəd apardığı dahi şəxsiyyətin istər SSRİ dövründə, istərsə də müstəqillik dönəmində gənclərimizin təhsil almalarına yönələn addımlarını xüsusilə vurğulayıb.

Yekunda tədbir iştirakçıları mərkəzdə təşkil olunan sərgilər və eksponatlarla tanış olublar.