Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və mədəniyyət

28.02.2023

Fevralın 28-də Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində “Heydər Əliyev və mədəniyyət” mövzusunda tədbir keçirilib.

 Əvvəlcə şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Muzeyin baş fond mühafizi İlqar Həsənov bildirib ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir: Ulu Öndərin ölkənin bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində gördüyü işlər onun vətəninə, dövlətinə, xalqına nə qədər bağlı olduğunu nümayiş etdirir.

Yekunda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevlə bağlı hazırlanmış kitab sərgisi ilə tanış olub və muzey əməkdaşı Amil Xamiyev sərgi haqqında onlara məlumat verib.