Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqa bağışlanan ömür

28.02.2023

Fevralın 28-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" ilə əlaqədar  "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilib.

Tədbirdə Perimbel, Yolacaq, Bərcan kənd orta məktəblərinin rəhbərliyi, o cümlədən müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. 

Sonra Perimbel kənd orta məktəbinin direktoru Mirəfsər Piriyev Ulu Öndərin zəngin dövlətçilik ənənələrindən söz açıb və tədbirin təşkilatçılığına görə mərkəzin kollektivinə minnətdarlığını ifadə edib.

Tədbirdə həmçinin Perimbel kənd orta məktəbinin fəal şagirdləri də mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Yekunda tədbir iştirakçıları mərkəzdə təşkil olunan sərgilərlə, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.