Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsini unutmayaq

25.02.2023

Fevralın 25-də Masallı rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxana filialında "Xocalı faciəsini unutmayaq" adli  tədbir keçirilib.

Tədbirdə mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyinin  şagirdləri iştirak edib.  Əvvəlcə  faciə qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra filial müdiri Sevanə Mənsimova çıxış edərək Xocalı faciəsində dinc əhalinin başına gətirilən dəhşətlərdən söhbət açıb.

Tədbirdə şagirdlərin ifasında vətənə həsr olunmuş şeirlər səsləndirilib, Xocalı soyqırımına aid rəsmlər çəkilib.

Yekunda “Xocalı soyqırımı” na həsr olunmuş sərgiyə baxış keçirilib.