Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

25.02.2023

Fevralın 25-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Seminarı giriş sözü ilə açan mədəniyyət mərkəzinin direktoru Vəkil İsmailov gündəlikdə duran məsələlər haqqında məlumat verərək, müvafiq tövsiyə və tapşırıqlarını iştirakçıların diqqətinə çatdırıb.

Sonra fevral ayında ayında keçirilmiş və mart ayında keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.