Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı harayı

24.02.2023

Fevralın 24-də Cəlilabad rayon Privolnoye kənd mədəniyyət evinin və kitabxana filialının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı tədbir keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə mədəniyyət evinin əməkdaşı Təranə Musayeva və kitabxanaçı Şəfəq Məmmədova çıxış eədərk bildiriblər ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin ən dəhşətlisidir. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuşdur.