Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mən Xocalıdanam

24.02.2023

Fevralın 24-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə muzeydə Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar “Mən Xocalıdanam” adlı tədbir keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, gənclər, Xocalı sakini Kamilə Quliyeva və nəvələri iştirak edib.

Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva, GİKM-nin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva mövzu ilə bağlı fikirlərini bildiriblər. Sonra Xocalı sakini Kamilə Quliyeva o günlərlə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Yekunda muzeydə təşkil olunmuş Xocalı soyqırımına aid sərgiyə baxış keçirilib.