Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımı- əsrin cinayəti

24.02.2023

Fevralın 24-də Masallı rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı - əsrin cinayəti” adlı tədbir keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbiri kitabxananın direktor əvəzi Zamin Məmmədov giriş sözü ilə açaraq qeyd edib ki, 1992-ci ilin fevralın 26-da baş verən Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olub. Xocalı faciəsi 200 il ərzində ermənilərin Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin növbəti qanlı təzahürü idi. 

Sonra kitabxana əməkdaşları Rasif Dadaşov və Aidə Quliyeva məruzə ilə çıxış ediblər.