Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib

23.02.2023

Fevralın 23-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və muzeyin əməkdaşları iştirak edib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra muzeyin əməkdaşı Şövqi Bayramov çıxış edərək təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib. 

Yekunda iştirakçılar muzeyə ekskursiya ediblər.