Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı dəhşətləri

24.02.2023

Fevralın 24-də  Cəlilabad  rayon Heydər Əliyev Mərkəzinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə "Xocalı dəhşətləri" adlı tədbir keçirilib. 

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, 3 və 4 saylı şəhər klublarının, mədəniyyət mərkəzinin, qalereyanın əməkdaşları iştirak edib.

Əvvəlcə soqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov və digərləri XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının acı həqiqətlərindən söhbət açıblar.

Yekunda mərkəzin foyesində təşkil olunmuş Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisinə baxış keçirilib.