Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımı XX əsrin faciəsi

24.02.2023

Fevralın 24-də Masallı Dövlət Rəsm Qalareyasının, Tüklə kənd sənətkarlıq klubunun və Tüklə kənd Ə. İbadov adına tam orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Hakim Qurbanov açaraq 31-il öncə fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən danışıb. Sonra qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov və Tüklə kənd sənətkarlıq klubunun əməkdaşı Səyavuş Feyruzoğlu mövzu ilə bağlı məruzə edib.

Tədbir şagirdlərin ifasında Xocalıya həsr olunmuş şeirlərin səsləndirilməsi və səhnəciklərin nümayiş olunması ilə davam edib.