Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfər tarixi” mövzusunda tarix dərsi

22.02.2023

Fevralın 22-də Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyində “Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib.

Tarix dərsində Yardımlı rayon Peşə məktəbinin şagirdləri iştirak edib.Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Tarix müəllimi Anar Baloğlanlı mövzu ilə bağlı mühazirə edib.

Tədbirdə muzey əməkdaşı İlqar Həsənov, Əlisafa Əhmədoğlu , Amil Xamiyev, Peşə məktəbinin direktoru Qabil Ağayev, məktəbin müəllimi Fikrət Səfərov çıxış edərək Zəfər tariximizdə böyük rolu olan dövlət-xalq-ordu birliyindən söhbət açıblar.

Yekunda şagirdlər muzeyə ekskursiya edib.