Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı əsrin faciəsi

23.02.2023

Fevralın 23-də Yardımlı rayon Yolocaq kənd kitabxana filialının və Yolocaq kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə "Xocalı əsrin faciəsi" mövzusunda tədbir keçirilib.

Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra kitabxana filialının müdiri İkram Şirməmmədov məruzə ilə çıxış edib.

Tədbirdə məktəbin direktoru Tərxan Sarxanov, müəllim Alıcan İskəndərli çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi amansız vəhşiliklərdən danışıb.

Yekunda şagirdlərin ifasında Xocalıya aid şeirlər səsləndirilib.