Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı-qan yaddaşımız” mövzusunda tarix dərsi

23.02.2023

Fevralın 23-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Ərkivan qəsəbə 3 saylı tam orta məktəbində “Xocalı-qan yaddaşımız” mövzusunda tarix dərsi keçirilib.

Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Soyqırıma həsr edilən tarix dərsində çıxış edən məktəbin direktoru Rahib Babayev və muzeyin direktoru Əntiqə Tağıyeva 200 il müddət ərzində bədnam qonşularımız olan ermənilərin yürütdükləri məkrli əməllərdən və onların xalqımızın başına gətirdiyi faciələrdən danışıblar.

Dərs muzeyin əməkdaşı Sevinc Əliyevanın məruzəsi ilə davam edib. Sonra məktəbin direktor müavini Bəsirə Cəlilova şagirdlərə çəkdiyimiz əzab və əziyyətlərdən düzgün nəticə çıxararaq dövlətimizin daha güclü olması üçün gənclərə tövsiyələr verib.

Yekunda Xocalı soyqırımı ilə bağlı şagirdlərə müxtəlif suallar verilərək onların fikirləri dinlənilib.