Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Susdurulmuş haray, susdurulmuş şəhər - XOCALI

22.02.2023

Fevralın 22-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında Xocalı Faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov, Cəlilabad rayon Dövlət Rəsm Qalareyasının direktoru Elçin Nəzərov, ADPU Cəlilabad filialının müəllimi, AYB-nin üzvü, Prezident təqaüdçüsü Bilal Alarlı, şəhid ailəsi, Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbin şagirdləri, Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələri və Vətən müharibəsi iştirakçısı kapitan Namik Ağayev iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra kitabxananın əməkdaşı Müşahidə Nərimanova məruzə ilə çıxış edib.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinə qarşı törədilən vəhşiliklərdən söhbət açılıb.

Tədbirdə şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklər nümayiş edilib.

Yekunda Cəlilabad Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.