Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan xalqının ən böyük kədəri

23.02.2023

Fevralın 23-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, İcra Hakimiyyətinin, Təhsil Sektorunun, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mərkəzdə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Azərbaycan xalqının ən böyük kədəri" adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Yardımlı rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi İman Sadiyev, Gİİ-nin rəisi Şəhriyar Şəbiyev, mərkəzin bədii qiraət dərnəyinin rəhbəri Türkel Tağızadə, dərnək üzvləri və Bozayran kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə soyqırım qurbanlarının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə mövzu ilə bağlı məruzə edib. Sonra RİHB-nın müavini Əfsanə Məmmədova xalqımızın qan yaddaşına çevrilən faciə zamanı körpələrimizin, analarımızın başına gətirilən dəhşətli faktlardan söz açıb.

Tədbirdə Yardımlı rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi İman Sadiyev, Gİİ-nin rəisi Şəhriyar Şəbiyev də çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Yekunda mərkəzin bədii qiraət dərnəyi üzvlərinin ifasında şeir kompozisiyası dinlənilib, Xocalı həqiqətlərindən bəhs edən "Xocalı: Bir millətin kədəri" adlı sənədli filmi nümayiş olunub və "Qisası alınan torpaq" adlı sərgiyə baxış keçirilib.