Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalını unutmayaq, unutdurmayaq!

22.02.2023

Fevralın 22-də Cəlilabad 4 saylı şəhər klubunun, Dövlət Rəsm Qalereyasının və şəhər 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Cəlilabad şəhər 9 saylı tam orta məktəbində keçirilən tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, Cəlilabad rayon Mədəniyyət Mərəzinin direktoru Ramil İbrahimov, təşkilatçı müəsisələrin əməkdaşları, Cəlilabad Təhsil sektorunun aparıcı məsləhətçisi Elvin Cavadzadə, Tacəddin Əli, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Əvvəlcə faciə qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Abdul Rzayev açaraq Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu vurğulayıb.  Çıxışlarda şagirdlərə bu tarixi unutmamaq və unutdurmamaq tövsiyə edilib.

Yekunda soyqırıma həsr olunmuş sərgiyə baxış keçirilib.