Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımı-Unutmayaq!

22.02.2023

Fevralın 22-də Masallı Tarix- Diyarşünaslıq Muzeyinnin təşkilatçılığı, Masallı Dövlət Rəsm Qalereyası, Masallı Dövlət Regional Kolleci, Masallı rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə muzeydə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı-Unutmayaq!” mövzusunda dəyirmi masa keçirilib. 

Əvvəlcə soyqırım qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik  sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan  muzeyin direktoru Əntiqə Tağıyeva  bildirib ki, Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq, həmçinin dəyanət nümayiş etdirdi. Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva məruzə ilə çıxış edib.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Müşfiq Qurbanov, Masallı Dövlət Regional Kollecinin müəllimi Aysun Məcidli, Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Yekunda tədbir iştirakçıları muzey və qalereyada Xocalı soyqırımına həsr olunmuş sərgilərə baxış keçirib və muzeyə ekskursiya ediblər.