Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalıya Ədalət

22.02.2023

Fevralın 22-də Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı "Xocalıya ədalət" mövzusunda tədbir keçirilib.

Əvvəlcə şəhidlərimizin və faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra  Muzeyin baş fond mühafizi İlqar Həsənov Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki,  XX əsrin ən dəhşətli cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.

Tədbirdə muzeyin əməkdaşı şair-publisist Əlisəfa Əhmədoğlu, Peşə məktəbinin direktoru Qabil Ağayev və məktəbin müəlimi Fikrət Səfərov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Yekunda tədbir iştirakçıları muzeyə ekskursiya edib.