Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ana dilimizi sevək, qoruyaq

21.02.2023

Fevralın 21-də Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Ana dili günü  ilə əlaqədar “Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirilib. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov Beynəlxalq Ana Dili Gününün yaranma tarixi haqqında məlumat verib.

Sonra kitabxananın əməkdaşı Rasif Dadaşov mövzu ilə bağlı məruzə edib.