Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsanlığa qarşı ən böyük cinayət

21.02.2023

Fevralın 21-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı "İnsanlığa qarşı ən böyük cinayət" mövzusunda tədbir keçirilib.

Tədbirdə Qabaqdibi kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə faciə qurbanlarının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə bəşər tarixinin insanlığa qarşı törətdiyi ən böyük cinayət aktı olan Xocalı Soyqrımı haqqında ətraflı məlumat verib.

Yekunda tədbir iştirakçıları "Qisası alınan torpaq", "Unudulmaz dahi" başlıqlı sərgilərə, həmçinin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlara baxış keçiriblər.