Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyev - Ana dilimizin inkişafının memarıdır

21.02.2023

Fevralın 21-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ulu Öndər Heydər Əliyev - Ana dilimizin inkişafının memarıdır" mövzusunda tədbir keçirilib.

Tədbirdə Urakəran kənd orta məktəbinin kollektivi iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə əlamətdar günün yaranma tarixindən, həmçinin ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, qorunması üçün ümummilli lider Heydər Əliyevin apardığı siyasətdən bəhs edib və Ulu Öndərin dilimiz haqqında söylədiyi kəlamları diqqətə çatdırıb.

Yekunda tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar və mərkəzdə təşkil olunan digər sərgilərlə tanış olublar.