Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzinə ekskursiya

21.02.2023

Fevralın 21-də YAP Masallı rayon təşkilatının bir qrup fəal üzvləri Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

“Heydər Əliyev ili” çərçivəsində və YAP Masallı rayon təşkilatının yaranmasının 30 illiyi münasibətilə təşkil edilmiş ekskursiyada mərkəzin bələdçisi Şəfa Xəlilova Ümummilli Liderin şərəfli ömür yolu, həmçinin ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında iştirakçılara məlumat verib.