20.02.2023
Fevralın 20-də Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən MKS-in kitabxana filialında “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Əli İbadov adına Tüklə kənd tam orta məktəbinin şagirdləri iştirak edib.
Əvvəlcə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra filial müdiri Sevanə Mənsimova çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, həmçinin qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərdən danışıb.
Yekunda iştirakçılar kitabxana və sərgilərlə tanış olublar.