20.02.2023
Fevralın 20-də Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli şair Əliağa Kürçaylının anadan olmasının 95 illiyi ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Əliağa Kürçaylı 1928-ci il fevralın 20-də Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuşdur. Gənc yaşlarından poeziyaya marağı ilə seçilən şairin qələmə aldığı “Sənin gözlərin” adlı ilk şeiri ona ədəbiyyatda böyük uğur gətirmiş, mərkəzi və yerli dövrü mətbuatda müntəzəm yazılarla çıxış etmişdir.
Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova mövzu ilə bağlı məruzə edib.