Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qəhrəman Elşad Hüseynovun anım günü

09.10.2018

9 oktyabr 2018-ci ildə Masallı rayon Mərkəzi kitabxanasında Milli Qəhrəman Elşad Hüseynovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov Elşad Hüseynovun vətənin ağır günlərində onun çağırışına səs verərək könüllü surətdə cəbhə bölgəsinə getdiyini, 1992-ci ildə Füzuli, Tərtər və Ağdam rayonlarının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşduğunu bildirdi. Sonra çıxış edən İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov şəhidin onu tanıyanların yaddaşında vətənə, torpağa bağlı insan kimi qaldığını, döyüşlərdə göstədiyi cəsarət və igidliyinin nəinki doğma kəndi, hətta rayon gəncləri üçün örnək olduğunu qeyd etdi.