Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ana dilimizin inkişafında Heydər Əliyevin rolu

20.02.2023

Fevralın 20-də Masallı Tarix- Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə 21 fevral-Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizin  inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Əli İbadov adına Tüklə kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Muzeyin əməkdaşı Dilgüşə Məmmədova, məktəbin müəllimi Vüqar Əsədullayev, Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək bildiriblər ki, ölkəmizdə ana dilinin inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Sonra muzeyin əməkdaşı Lalə Nəzərova mövzu ilə bağlı məruzəni iştirakçıların diqqətinə çatdırıb.

Yekunda şagirdlər muzeyə və qalereyaya ekskursiya edib.